Bank Of Baku

Böyük Britaniya hökuməti BP şirkətini milliləşdirə bilər

Böyük Britaniya hökuməti BP şirkətini milliləşdirə bilər
# 06 iyul 2010 12:37 (UTC +04:00)
Qəzetin yazdığına görə, hazırda Meksika körfəzində neft axını ilə mübarizə aparan şirkətin hətta milliləşdirilməsi variantı da nəzərdən keçirilir.

Qeyd edək ki, 1987-ci ilə qədər BP şirkəti dövlətin mülkiyyətində olub. Son iki ayda BP-nin bazar dəyəri iki dəfə azalaraq, 64 mlrd. dollara düşüb. Şirkətin öhdəliklərinin həcmi isə 70 mlrd. dollar təşkil edir.

BP şirkəti Birləşmiş Krallıq üçün həyati əhəmiyyət kəsb edir. Belə ki, Böyük Britaniyanın 10 min vətəndaşının çalışdığı bu şirkət il ərzində büdcəyə 6 mlrd. funt-sterlinq (10 lrd. dollar) gəlir gətirir.

Xatırladaq ki, BP-nin Meksika körfəzindəki platforması aprelin 22-də 36 saatlıq yanğından sonra batıb. Bu zaman baş verən partlayış 11 nəfərin həyatına son qoyub. Neft axını hazırda davam edir. Bu, ABŞ tarixində ən böyük ekoloji fəlakət sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR