Bank Of Baku

Azərbaycan Misirə öz qaz kəmərini Panərəb qaz kəməri ilə birləşdirməyi təklif edir

Azərbaycan Misirə öz qaz kəmərini Panərəb qaz kəməri ilə birləşdirməyi təklif edir
# 07 iyul 2010 11:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan öz qaz kəmərini Türkiyə ərazisində Panərəb qaz kəməri ilə birləşdirmək niyyətindədir.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Nazirin sözlərinə görə, Panərəb qaz kəməri hazırda Misirdən başlayaraq İordaniya və Suriya ərazisindən keçir. Daha sonra isə bu kəmər Türkiyə ərazisinədək uzadılaraq «Nabucco» layihəsinə qoşulacaq: «Hazırda bu kəmər yalnız İordaniya və Suriyaya kimi çatdırılıb, indi isə Suriya və Türkiyə arasında iki şəbəkənin birləşdirilməsi barədə sənəd imzalanıb və bəzi məlumatlara görə, artıq müəyyən işlərə başlanılıb».

N.Əliyev onu da qeyd edib ki, hazırda Misir ildə 63 mlrd. kubmetr qaz hasil edir. Bunun bir qismi daxili tələbatı ödəyir, digər hissəsi isə maye şəklində Avropaya çatdırılır: «Panərəb qaz kəməri Türkiyəyədək uzadılarsa, «Nabucco» layihəsi üçün də əhəmiyyətli olacaq. Ona görə bu kəmərin Türkiyəyədək uzadılması bizim üçün də maraqlıdır. Belə ki, bu kəmər Türkiyə ərazisində Azərbaycanın qaz kəməri ilə birləşdirilə, Panərəb kəmərindən həmçinin revers rejimində işləyə bilər. Bu da Azərbaycan qazının Suriya və İordaniyaya çatdırılmasına imkan yaradacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR