Bank Of Baku

Azərbaycan Aralıq və Qırmızı dənizlərində geoloji kəşfiyyat işləri aparmaq niyyətindədir

Azərbaycan Aralıq və Qırmızı dənizlərində geoloji kəşfiyyat işləri aparmaq niyyətindədir
# 07 iyul 2010 11:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Aralıq və Qırmızı dənizlərində geoloji kəşfiyyat işləri apara bilər.

«APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda Misirin neft naziri Samih Fəhmi ilə görüşən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan və Misir neft-qaz sahəsində İraq, Liviya və Afrika ölkələrində birgə işləyə bilər: «Aralıq və Qırmızı dənizlərində kəşfiyyat işlərinin aparılması Azərbaycan üçün heç də problem deyil. Əgər Misir hökuməti buna dair tender keçirərsə, Azərbaycan bu tenderdə iştirak etməyə hazırdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR