Bank Of Baku

Misirin neft naziri: “Azərbaycanla neft sahəsində müqavilələr bağlamağa hazırıq”

Misirin neft naziri: “Azərbaycanla neft sahəsində müqavilələr bağlamağa hazırıq”
# 07 iyul 2010 12:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yaxın 5-10 il ərzində Misir Azərbaycanla neft sahəsində müqavilələr bağlamağa hazırdır.

«APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşən Misirin neft naziri Samih Fəhmi bildirib.

S.Fəhmi həmçinin Azərbaycan hökumətinə Azərbaycan neftini Misirdə emal edib satmağı təklif edib: «Bizim mövcud infrastrukturumuz Azərbaycan neftini Misirdə emal edib daha sonra onun satışını həyata keçirməyə imkan verir ki, biz də buna hazırıq. Misirdə bu sahədə lazımi infrastruktur yaradılıb və Azərbaycan bundan istifadə edərək iki ölkə arasında əlaqələri genişləndirə bilər».

Nazir onu da bildirib ki, Misirin neft və neft məhsulları bazarı əlverişlidir: «Hazırda Misirdə neft-qaz sahəsində 50 ölkənin şirkətləri fəaliyyət göstərir. Biz bu ölkələr sırasında Azərbaycanı da görmək istərdik. Yaxın 5-10 il ərzində biz Azərbaycanla neft sahəsi çərçivəsində müqavilələr bağlamağa hazırıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR