Bank Of Baku

Ötən il «BP-Azerbaijan»ın «Azəri-Çıraq-Günəşli» yataqlar blokuna 700 mln. dollar əməliyyat məsrəfləri xərcləyib

Ötən il «BP-Azerbaijan»ın «Azəri-Çıraq-Günəşli» yataqlar blokuna 700 mln. dollar əməliyyat məsrəfləri xərcləyib
# 01 mart 2012 07:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində «BP-Azerbaijan» şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar bloku layihəsinə 699 mln. ABŞ dolları məbləğində əməliyyat məsrəfləri və 1,912 mlrd. dollar əsaslı məsrəflər xərcləyib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci il üçün isə AÇG fəaliyyəti üzrə əməliyyat məsrəflərinin 708 mln. dollar, əsaslı məsrəflərin isə 2,516 mlrd. dollar olacağı planlaşdırılır.

Göründüyü kimi, «BP-Azerbaijan» 2012-ci ildə AÇG üzrə əməliyyat məsrəflərini ötən ilə nisbətən 1,3%, əsaslı məsrəfləri isə 31,6% artırmaq niyyətindədir.

Hasilata gəldikdə isə, hesabat ilində «BP-Azerbaijan» şirkəti «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından ümumilikdə 35,4 mln. ton neft hasil edib.

Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator – 35,78%), Azərbaycan Dövlət Neft Şirkəti (11,65%), «Chevron» (11,27%), «Inpex» (10,96%), «Statoil» (8,56%), «ExxonMobil» (8%), TPAO (6,75%), «Itochu» (4,3%) və «Hess» (2,72%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR