Bank Of Baku

Bu il Bakı-Ceyhan boru kəməri üzrə əsaslı xərclər 38% artırılacaq

Bu il Bakı-Ceyhan boru kəməri üzrə əsaslı xərclər 38% artırılacaq
# 01 mart 2012 07:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri üzrə əsaslı xərclərin həcmi 40,5 mln. ABŞ dolları təşkil edib.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ildə BTC üzrə əsaslı xərclərin həcmi əvvəlki ilə nisbətən 37,5% artırılaraq 55,7 mln. dollara çatdırılması planlaşdırılır.

«Hazırda BTC-nin gündəlik ötürmə gücü 1,2 mln. bareldir. Kəmər istifadəyə verilən gündən 2011-ci ilin sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 180 mln. ton xam neft Ceyhanda 1 742 tankerə yüklənilib və dünya bazarlarına göndərilib. Ümumiyyətlə, BTC-nin indiyədək bir gün üçün ən yüksək göstəricisi 1,044 mln. barel olub. Bu günədək BTC vasitəsilə ümumilikdə 1 804 tankerə yüklənmiş təqribən 185 mln. ton neft ixrac olunub. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən «Azəri-Çıraq-Günəşli» nefti və «Şahdəniz» kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur», - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, BTC-nin səhmdarları sırasına «BP-Azerbaijan» (30,1%), AzBTC (25%), «Chevron» (8,9%), «Statoil» (8,71%), TPAO (6,53%), ENI (5%), «Total» (5%), «Itochu» (3,4%), Inpex (2,5%), «ConocoPhillips» (2,5%) və «Hess» (2,36%) şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR