Bank Of Baku

Bu il «Şahdəniz» qaz yatağının işlənməsi layihəsinə əsaslı xərclər təxminən 2 dəfə artırılacaq

Bu il «Şahdəniz» qaz yatağının işlənməsi layihəsinə əsaslı xərclər təxminən 2 dəfə artırılacaq
# 01 mart 2012 10:07 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətindən bildirilib.

Şirkətin məlumatına əsasən, 2012-ci il üçün bu rəqəmlərin müvafiq olaraq 11% və 98,5% artaraq 211,5 mln. dollara və 1,340 mlrd. dollara çatacağı gözlənilir.

Hasilata gəldikdə isə, hesabat ilində yataqdan 6,67 mlrd. kubmetr qaz və 1,8 mln. ton (14 mln. barel) kondensat və ya gündəlik təqribən 18,3 mln. kubmetr qaz və 38,3 min barel kondensat hasil edilib.

«BP-Azerbaijan» şirkətindən həmçinin bildirilib ki, 2006-cı ilin sonunda «Şahdəniz»də hasilat başlanandan 2011-ci ilin sonunadək yataqdan dünya bazarlarına 29,902 mlrd. kubmetr qaz və 8 mln. ton kondensat ixrac edilib: «Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilatın artacağı gözlənilir. Hazırda I mərhələdə hasilatın ən yüksək sabit səviyyəsinin ildə təqribən 9 mlrd. kubmetr qaz və gündə təxminən 50 min barel kondensat olacağı gözlənilir».

Qeyd edək ki, «Şahdəniz»in II fazasının indiki planlarına görə, 2012-ci ildə mühəndis-layihə işləri davam etməklə layihə növbəti mərhələyə keçəcək və xərclərin dəqiqləşdirilməsi işləri aparılacaq ki, 2013-ci ildə yekun investisiya qərarı (sanksiya) verilsin.

Xatırladaq ki, yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin II fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR