Bank Of Baku

ABŞ 1949-cu ildən bəri ilk dəfə neft məhsullarının xalis ixracatçısı olub

ABŞ 1949-cu ildən bəri ilk dəfə neft məhsullarının xalis ixracatçısı olub
# 01 mart 2012 10:46 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ 1949-cu ildən bəri ilk dəfə olaraq ötən il neft məhsullarının xalis ixracatçısı olub. “APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu barədə ölkənin Energetika Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, 2011-ci ildə benzin və digər yanacaq növlərinin ixracı sutkada 439 min barel təşkil edib. Bir il əvvəl bu göstərici 269 min barel olub. Energetika Nazirliyi ABŞ-ın 2012 və 2013-cü illərdə də neft məhsullarının xalis ixracatçısı olacağını proqnozlaşdırır.

Ötən il ABŞ-a neft idxalı 11% azalaraq sutkada 8,436 mln. barel təşkil edib ki, bu da 1995-ci ildən bəri ən aşağı göstəricidir. Bununla belə, ABŞ dünyada nəhəng neft istehlakçısı və idxalçısı olmaqda davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR