Bank Of Baku

Türkiyənin İrandakı səfiri: “ABŞ və Avropa Birliyinin sanksiyaları İranla əlaqələrimizə təsir etməyəcək”

Türkiyənin İrandakı səfiri: “ABŞ və Avropa Birliyinin sanksiyaları İranla əlaqələrimizə təsir etməyəcək”
# 01 mart 2012 14:08 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranla Türkiyə arasında ticarət əlaqələri davam etdiriləcək”. APA-nın məlumatına görə, bunu Türkiyənin İrandakı səfiri Ümid Yardım bildirib.

Onun sözlərinə görə, ABŞ və Avropa Birliyinin İrandan neft idxalına tətbiq etdiyi sanksiyalar ikitərəfli əlaqələrə zərər verməyəcək: “Biz İranla Türkiyə arasındakı əlaqələrin güclənməsinin tərəfdarıyıq. Ötən üç ildə iki ölkə arasında ticarət həcminin artması da bunu təsdiqləyir”.

Qərbin İrana tətbiq etdiyi neft sanksiyasını doğru saymadığını deyən səfir neftin strateji və imtina olunmayacaq enerji olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR