Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri «Tatneftximinvest Holding»in və «Qatar İnternational Petrolium»un rəhbərlərini qəbul edib

Azərbaycanın sənaye və energetika naziri «Tatneftximinvest Holding»in və «Qatar İnternational Petrolium»un rəhbərlərini qəbul edib
# 01 mart 2012 15:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Tatarıstanın «Tatneftximinvest Holding»in baş direktoru Rafinat Samatobiçi qəbul edib.

Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə neft-kimya kompleksində əməkdaşlıq məsələləri müzakirə edilib.

N.Əliyev Azərbaycanın neft sektoru, həmçinin yeni yaradılan neft-kimya sənaye parkı barədə qonağa geniş məlumat verib. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə edilib.

Qeyd edək ki, tədbirdə «Azərikimya» İstehsalat Birliyinin direktoru Muxtar Babayev də iştirak edib.

Nazir bu gün həmçinin Qətərin «Qatar İnternational Petrolium» şirkətinin direktoru Nastar Əl-Jahidin rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib. Görüşdə N.Əliyev qarşılıqlı investisiya qoyuluşlarının əhəmiyyətinə toxunub. Qonaq sabah Səngəçal terminalında və Qobustan Eksperimental Poliqonunda olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR