Bank Of Baku

Bu il Bakı-Ərzurum qaz boru kəmərinə əsaslı xərclər 71% artırılacaq

Bu il Bakı-Ərzurum qaz boru kəmərinə əsaslı xərclər 71% artırılacaq
# 02 mart 2012 12:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə bağlı fəaliyyətlərə 8,8 mln. ABŞ dolları məbləğində əsaslı xərclər sərf edilib.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilə məlumata görə, cari il ərzində əsaslı xərclərin 70,5% artırılaraq 15 mln. dollar təşkil edəcəyi gözlənilir.

«Hesabat ilində Bakı-Tbilisi-Ərzurum kəmərinin orta ötürücülük gücü gündə 12,5 mln. kubmetr qaz və ya gündə təqribən 76 min barel neft ekvivalentində olub», - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, Bakı-Tiflis-Ərzurum kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə «Şahdəniz» qazını çatdırır.

Kəmərin səhmdarları sırasına BP (texniki operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), «Azərbaycan CQBK Ltd» (10%), «Lukoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR