Bank Of Baku

“SOCAR Petroleum”un nizamnamə kapitalı artırılır

“SOCAR Petroleum”un nizamnamə kapitalı artırılır
# 03 mart 2012 10:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu il martın 1-də Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “SOCAR Petroleum” QSC-nin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 300 manat olan 30 613 ədəd adi sənədsiz adlı səhmlərin buraxılışı AZ100100855P qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Komitənin rəsmi məlumatında deyilir.

Beləliklə, “SOCAR Petroleum” QSC-nin nizamnamə kapitalı 9 183 900 manat həcminə artırılacaq.

Qeyd edək ki, 2008-ci ilin yanvarın 21-də təsis edilən “SOCAR Petroleum” QSC Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi ilə məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR