Bank Of Baku

Neft-kimya sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Tatarıstan işçi qrupunun görüşü olub

Neft-kimya sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Tatarıstan işçi qrupunun görüşü olub
# 05 mart 2012 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyində Azərbaycan və Rusiyanın Tatarıstan Respublikası ilə neft-kimya sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə yaradılmış işçi qrupun geniş tərkibli görüşü keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə Tatarıstanın neft-kimya müəssisələri ilə qarşılıqlı əməkdaşlıq məsələləri üzrə geniş müzakirə və fikir mübadiləsi aparılıb, yaxın dövr üçün birgə fəaliyyət proqramı müəyyənləşdirilib.

Qonaqlara Azərbaycanda neft-kimya elminin və sənayesinin bugünkü inkişaf mərhələsi, yaxın perspektivi, texniki və kadr potensialı ilə bağlı geniş məlumat verilib. Eyni zamanda tatarıstanlı mütəxəssislər Sumqayıt Texnoparkına səfər edib, oradakı müasir texnologiyalara, modern istehsalat sahələrinə malik müəssisələrlə tanış olublar.

Qeyd edək ki, Azərbaycana səfərləri çərçivəsində Tatarıstan nümayəndə heyətinin üzvləri İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi, ARDNŞ-ın «Nanotexnologiyalar» Elm-İstehsalat Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu və Azərbaycan Dövlət Neft Akademiyasında da görüşlər keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR