Bank Of Baku

Roland Kobia: “Nabucco”nun reallaşması üçün köhnə təkliflər yeni ssenariyə uyğunlaşdırılmalıdır”

Roland Kobia: “Nabucco”nun reallaşması üçün köhnə təkliflər yeni ssenariyə uyğunlaşdırılmalıdır”
# 06 mart 2012 15:30 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. “Nabucco” konsorsiumu Azərbaycan hökuməti ilə danışıqlar aparır. APA-nın məlumatına görə, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, “Nabucco” layihəsinin hələ də gündəmdə olduğunu bildirib: “Danışıqlarda məqsəd layihənin konsepsiyasını bir qədər dəyişməkdir. Bir çox yeni təkliflər irəli sürülüb. Təbii ki, təkliflər oyunu da dəyişir və bu o deməkdir ki, layihənin reallaşması üçün köhnə təkliflər yeni ssenariyə uyğunlaşdırılmalıdır”.

Diplomat deyib ki, hətta “Nabucco” olmasa belə, onun ətrafında əldə edilmiş bütün razılaşmalardan istifadə ediləcək: “Bu kəmər vasitəsilə böyük həcmdə qazın Avropa ölkələrinə nəql edilməsi planlaşdırılır. “Şahdəniz” qazının Avropaya çıxarılması üçün də masada bir neçə təklif var və onların hər biri dəyərləndirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR