Bank Of Baku

Azərbaycanda son 8 ildə sənayenin ÜDM-də payı 38%-dən 54%-ə yüksəlib

Azərbaycanda son 8 ildə sənayenin ÜDM-də payı 38%-dən 54%-ə yüksəlib
# 12 mart 2012 13:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda 2004-2011-ci illərdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində orta illik artım 13,1% olmaqla, istehsal 2,7 dəfə artıb. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, son 8 ildə ÜDM-in strukturunda sənaye istehsalının payı 38,3%-dən 53,9%-dək yüksəlib.

Son 8 ildə Azərbaycanda neft hasilatı 3 dəfə, təbii qaz hasilatı isə 5 dəfə artıb: «Bu gün hasil edilən Azərbaycan nefti 23 ölkəyə ixrac olunur. Azərbaycanın neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsinə 13 ölkənin 30 iri enerji şirkəti cəlb edilib».

Hesabatda həmçinin bildirilir ki, 2011-ci ildə ölkədə 45,6 mln. ton neft və 25,7 mlrd. kubmetr qaz hasil olunub, o cümlədən Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən müvafiq olaraq 8,4 mln. ton neft və 7 mlrd. kubmetr qazın hasilatı təmin edilib: «Azəri-Çıraq-Günəşli» yataqlarındakı dəniz özüllərinin və sualtı kommunikasiyaların təhlükəsizliyinin artırılması ilə əlaqədar böyük həcmdə görülmüş profilaktiki işlərlə əlaqədar hasilat göstəriciləri 2010-cu ilə nisbətən bir qədər aşağı olub».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR