Bank Of Baku

Azərbaycan Qırğızıstanda neftayırma zavodunun tikintisi ilə bağlı danışıqlara başlayıb

Azərbaycan Qırğızıstanda neftayırma zavodunun tikintisi ilə bağlı danışıqlara başlayıb
# 12 mart 2012 14:24 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Qırğızıstanda illik gücü 2 mln. ton olan neftayırma zavodu tikmək niyyətindədir.

«APA-Economics»in Qırğızıstan Energetika və Sənaye Nazirliyinə istinadən məlumatına görə, Çuy vilayətində tikilməsi nəzərdə tutulan müəssisə ilə bağlı məsələlərin müzakirəsi üçün ARDNŞ nümayəndə heyəti Qırğızıstanda səfərdə olub. Qırğızıstan prezidenti Almaz Atambayev və ARDNŞ prezidenti Rövnəq Abdullayev arasında əldə edilmiş razılaşmaya əsasən, ARDNŞ-ın vitse-prezidenti David Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstana səfərə gəlib.

ARDNŞ-ın Layihələrin işlənməsi İdarəsinin rəisi Elməddin Dadaşov və marketinq şöbəsinin rəisi Maqsud Mahmudovun da daxil olduğu nümayəndə heyətinin səfərində məqsəd layihənin reallaşması, vergitutma və investisiya ilə bağlı məsələləri müzakirə etmək olub. Nümayəndə heyəti Qırğızıstan Energetika və Sənaye Nazirliyində, Çuy vilayət administrasiyasında, «Qırğızıstan Milli Elektrik Şəbəkəsi» ASC, «Qırğızneftqaz» ASC-də görüşlər keçirib, eləcə də ölkənin Neft Treyderləri Assosiasiyasının nümayəndələri, Dövlət Geologiya və Mineral Ehtiyatlar Agentliyi, Dövlət Vergi Müfəttişliyinin nümayəndələri ilə görüşüblər.

Görüşlərdə Çuy administrasiyası tərəfindən neft emalı zavodunun tikintisi üçün 4 yer təklif edilib. Energetika və Sənaye Nazirliyi isə Qırğız-Azərbaycan neft emalı zavodunun elektrik enerjisi ilə təminatı məsələsini «Qırğızıstan Milli Elektrik Şəbəkəsi» ASC ilə müzakirə edib: «Səfər zamanı Azərbaycan nümayəndə heyəti bəzi məsələlər qaldırıb ki, qırğız tərəfi bunlar üzərində işləyəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR