Bank Of Baku

BTC kəməri ilə nəql edilən Azərbaycan nefti 8,3% azalıb

BTC kəməri ilə nəql edilən Azərbaycan nefti 8,3% azalıb
# 12 mart 2012 16:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Fevral ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 450 872 ton Azərbaycan nefti nəql olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Fevral ayında BTC ilə nəql olunan neft ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% azdır. Cari ilin yanvar-fevral aylarında bu kəmərlə 5 228 638 ton neft ötürülüb. Bu, ötən ilin eyni dövründəkindən 8,3% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2012-ci il mart ayının 1-nə qədər BTC-yə 181 mln. ton neft vurulub. Bundan başqa, cari ilin fevral ayında BTC kəməri ilə 326 676 ton Türkmənistan nefti nəql olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR