Bank Of Baku

Barak Obama benzinin bahalaşmasının səbəbini açıqlayıb

Barak Obama benzinin bahalaşmasının səbəbini açıqlayıb
# 13 mart 2012 07:24 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama televiziya ilə çıxışında benzinin bahalaşmasının səbəbini açıqlayıb.

APA-Economics”in xəbərinə görə, prezident bildirib ki, İranın iştirakı ilə baş verə biləcək hərbi münaqişə üzündən Yaxın Şərqdən neft nəqlinin azalacağı qorxusu benzinin bahalaşmasına səbəb olan əsas faktordur.

“Ona görə də bəzi ekspert və siyasətçilər Yaxın Şərqdə mümkün müharibə barədə söhbətlərə təcili son qoymalıdırlar” - deyə B.Obama qeyd edib.

Qeyd edək ki, bu ilin əvvəlindən benzinin qiyməti 8% bahalaşıb. Bu isə neftin ən böyük istehlakçısı və idxalçısı olan ABŞ iqtisadiyyatına dərhal təsir edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR