Bank Of Baku

ABŞ Çindən Ümumdünya Ticarət Təşkilatına şikayət edəcək

ABŞ Çindən Ümumdünya Ticarət Təşkilatına şikayət edəcək
# 13 mart 2012 09:00 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Avropa Birliyi (AB) və Yaponiya ilə birlikdə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) Çinə qarşı iddia ilə müraciət edəcək.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, buna səbəb Pekinin kifayət qədər həcmdə nadir metallar ixrac etməməsidir.

ABŞ hökuməti hesab edir ki, Çin nadir metalların ixracına məhdudiyyət tətbiq etməklə dünya bazarında onların az tapılmasına və beləliklə, qiymətlərinin bahalaşmasına nail olmaq istəyir. Bu isə ÜTT qarşısındakı öhdəliklərin pozulması deməkdir.

Öz növbəsində Pekin bu addımını ətraf mühitə vurulan zərərin həcmini azaltmaq və təbii ehtiyatların tez tükənməsinin qarşısını almaq niyyəti ilə əsaslandırıb.

ÜTT-nin qaydalarına əsasən, iddia verildikdən sonra Çin vəziyyəti nizamlamaq üçün ABŞ, AB və Yaponiya ilə danışıqlara başlamalıdır. Tərəflər kompromisə gələ bilməsə, o zaman ÜTT müstəqil araşdırmaya başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR