Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri: “Odessa-Brodı layihəsində maraqlıyıq”

Azərbaycanın sənaye və energetika naziri: “Odessa-Brodı layihəsində maraqlıyıq”
# 14 mart 2012 11:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Odessa-Brodı layihəsinin iştirakçısı olan ölkələr boru kəmərinin Qdansk (Polşa) şəhərinə qədər uzadılması layihəsinin qiymətləndirilməsini başa çatdırıblar.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa və Litva Xəzər neftinin Odessa limanı vasitəsilə Qdansk şəhərinə nəqli kəmərinin texniki-iqtisadi əsaslandırmasını yekunlaşdırıblar: “Azərbaycan Avropaya neft nəqlinin alternativi kimi bu layihədə maraqlıdır”.

Qeyd edək ki, 2004-cü ilin iyul ayında Ukraynanın «Ukrtransnafta» və Polşanın «Przyjazn» şirkəti «Sarmatiya» Boru Kəməri Şirkətinin təsis edilməsinə dair sənədlər imzalayıb. Yeni şirkət 490 km uzunluğu olan Brodı-Plotsk neft kəmərinin inşası layihəsinin icrası ilə məşğul olacaq. Odessa başlayan bu kəmər sonrakı mərhələdə Şimali Polşanın Qdansk şəhərinə kimi uzadılacaq. Layihədə iştirak edən 4 şirkətin «Sarmatiya»da iştirak payı («Przyjazn», «Ukrtransnafta», ARDNŞ, Gürcüstan Milli Neft Korporasiyası) 24,75%, Litvanın «Klaipedos Nafta» şirkətinin payı isə 1% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR