Bank Of Baku

Bakıda “Külək enerjisi” mövzusunda tədbir keçirilib - FOTOSESSİYA

Bakıda “Külək enerjisi” mövzusunda tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 14 mart 2012 11:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin və Avropa Birliyinin təşəbbüsü ilə “Külək enerjisi” mövzusunda tədbir keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə AB-nin nümayəndəsi Laura Vitullo “Avropa Birliyinin bərpa olunan enerji siyasəti” mövzusunda geniş təqdimatla çıxış edib.

L.Vitullo bildirib ki, müasir dövrdə enerji resurslarına tələbatın artması, həmçinin enerji istehsalı zamanı yaranan ekoloji problemlər və texnogen fəlakətlər göstərir ki, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə ehtiyac var. Onun sözlərinə görə, AB-də 2020-ci ilədək bərpa olunan enerji mənbələrinin istifadəsinə görə yatırılan investisiyaların həcminin iki dəfə artırılaraq 70 mlrd. dollara çatdırılması nəzərdə tutulub. Qeyd olunan dövrədək bərpa olunan enerji mənbələrindən istifadəsi zamanı istixana qazlarının və enerji istehlakının 20% azalacağı proqnozlaşdırılıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov Azərbaycanda alternativ enerji haqqında proqramın tətbiqinə 2004-cü ildən başlandığını qeyd edib. Onun sözlərinə görə, 2012-2020-ci illər üçün Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair strategiya mövcuddur ki, bu strategiyaya bərpa olunan enerji sahəsində qanunvericilik bazasının yaradılması, bu sahədə elm və texnologiyanın inkişafını təmin etmək, bərpa olunan enerji sahələrini stimullaşdırmaq daxildir. Binaların tikintisində, kənd təsərrüfatında və digər sahələrdə bərpa olunan enerjidən istifadəsi strategiyada öz əksini tapıb: “2010-cu ildə ölkə üzrə ümumi enerji istehlakının 10%-i bərpa olunan enerji sektorunun payına düşüb, o cümlədən bərpa olunan enerji istehlakında 9,8%-i hidro-energetika, 0,2%-i isə külək enerjisi və digər enerji sahələri təşkil edib. 2020-ci ilədək ölkədə enerji istehlakı üzrə bərpa olunana enerjinin xüsusi çəkisinin 20%-ə çatdırılması nəzərdə tutulub”.

Daha sonra tədbirdə bərpa olunan enerji mənbələrinə aid təqdimatlar edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR