Bank Of Baku

Bu il Azərbaycanda 8 kiçik su elektrik stansiyası istifadəyə veriləcək

Bu il Azərbaycanda 8 kiçik su elektrik stansiyası istifadəyə veriləcək
# 14 mart 2012 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ikinci yarısında Azərbaycanda ümumi gücü 11,7 MVt olan 8 kiçik su elektrik stansiyası (SES) istifadəyə veriləcək. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabientinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, alternativ enerji güclərinin yaradılması çərçivəsində Dövlət İnvestisiya Proqramı ilə ayrılan 15 mln. manat vəsait hesabına «Azərenerji» ASC tərəfindən 2011-ci ildə ümumi gücü 11,7 MVt olan 8 kiçik SES-in tikintisi işləri həyata keçirilib və onların 2012-ci ilin ikinci yarsında istismara verilməsi nəzərdə tutulur. Bunlar 1,1 MVt olan «Göyçay», hər biri 1,6 MVt olan «İsmayıllı-1» və «İsmayıllı-2», 1,1 MVt olan «Qusar-1», 0,5 MVt olan «Astara-1», 1 MVt olan «Balakən-1», hər biri 1,2 MVt olan «Oğuz-1» və «Oğuz-2» SES-dir.

Qeyd edək ki, 2004-2013-cü illəri əhatə edən Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin istifadə olunması üzrə Dövlət Proqramı mövcüddür. Təkcə 2009-2011-ci illərdə bu sahənin inkişafı üçün dövlət tərəfindən 30,4 mln. manat, habelə 11,75 mln. avro qrant ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR