Bank Of Baku

Beynəlxalq Enerji Agentliyi: ABŞ-ın Hindistana sanksiya tətbiq edə bilər

Beynəlxalq Enerji Agentliyi: ABŞ-ın Hindistana sanksiya tətbiq edə bilər
# 15 mart 2012 11:04 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Hindistan İrana tətbiq olunan neft sanksiyalarına əməl etmədiyi üçün ABŞ tərəfindən sanksiyalara məruz qala bilər”. APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) yaydığı hesabatda bildirilib.

Sənəddə qeyd edilib ki, dənizçilik şirkətlərindən əldə edilən məlumata görə, Hindistan və Cənubi Koreya 2012-ci ilin yanvar ayından İrandan neft idxalını artırıb. BEA-nın hesabatına əsasən, 2011-ci ilin ilk 6 ayında Hindistan İrandan hər gün 328 min barel neft alıb.

Sanksiyalara əməl etməyə çalışan Çin 2011-ci ilin dekabr ayında İrandan neft idxalını azaltsa da, yaranan problemlərə görə sonrakı aylarda yenidən əvvəlki qədər, yəni hər gün 550 min barel neft idxal edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR