Bank Of Baku

Bu ilin I rübündə Azərbaycanda 9 rayonun 18 kəndi qazlaşdırılıb

Bu ilin I rübündə Azərbaycanda 9 rayonun 18 kəndi qazlaşdırılıb
# 13 aprel 2012 14:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin birinci rübü ərzində ölkənin 9 rayonunun 18 kəndi təbii qazla təchiz edilib.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, Ağdamın Aşağı, Orta və Ayaq Qərvənd, Şamaxının Adnalı, Məlikçobanlı və Kələxana, Masallının Musaküçə, Mololon və Gəyəçöl, Salyanın Yolüstü və Arbatan, Füzulinin Qazaxlar və Mirzənağılar, Ağcabədinin Minəxorlu və Kürdlər, Lənkəranın Gərmətük, Beyləqanın 2-ci Aşıqlı və Göranboyun Tatarlı kəndlərində ümumilikdə 4000-ə yaxın abonent təbii qazla təmin olunub, hər bir mənzildə qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.

Aprelin 1-ə olan məlumata əsasən, 1 mln. 395 min 999 abonent, o cümlədən əhali qrupuna aid 1 mln. 378 min 815, digər istehlakçı qruplara aid 17 min 184 abonent təbii qazla təmin edilib. Ölkə üzrə abonentlərin sayğaclaşdırılması isə təxminən 100%-ə çatdırılıb. Ümumiyyətlə, ötən müddət ərzində respublikanın 984 kənd və qəsəbəsi qazlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR