Bu ilin I rübündə istehsalatda bədbəxt hadisələrdən sığorta növü üzrə 5 milyon manata yaxın sığorta haqqı yığılıb
14 aprel 2012 07:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» növü üzrə 4,837 milyon manat həcmində sığorta haqqı yığılıb ki, bu da 2011-ci ilin birinci rübü ilə müqayisədə 19% azdır. «APA-Economics»in xəbərinə görə, hesabat dövründə sığorta şirkətləri tərəfindən bu növ üzrə 65,393 min manat həcmində sığorta ödənişi edilib. Ötən ilin birinci rübündə isə bu sığorta növü üzrə aparılan ödənişlərin həcmi sıfıra bərabər olub.
Aparılan təhlilə görə, bu növ üzrə bazarda ən çox sığorta haqqı «Paşa Həyat» sığorta şirkətinin payına düşüb. Sonrakı yerləri «Atəşgah Həyat» və «Qala Həyat» sığorta şirkətləri bölüşdürür.
Xatırladaq ki, Azərbaycanda həyat sığortası üzrə üç şirkət - «Paşa Həyat», «Atəşgah Həyat» və «Qala Həyat sığorta» şirkətləri fəaliyyət göstərir.

Sənaye və energetika
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024
Elnur Soltanov: Özəl sektor bahalı olduğuna görə yaşıl metodları dəstəkləmir
12:17
17 may 2024
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
09:34
17 may 2024
Azərbaycan 19 ölkəyə 4.3 mlrd. dollarlıq neft ixrac edib - Siyahı
16:16
16 may 2024