Bank Of Baku

Özbəkistan Tacikistana qaz nəqlini bərpa edib

Özbəkistan Tacikistana qaz nəqlini bərpa edib
# 16 aprel 2012 11:41 (UTC +04:00)
Bakı - APA-Economics. Özbəkistan Tacikistana qaz nəqlini bərpa edib. “APA-Economics”in xəbərinə görə, bu barədə “Özbəkneftqaz” şirkəti məlumat yayıb.

Özbəkistan Tacikistana qaz nəqlini bu il aprelin 1-dən dayandırıb. Rəsmi Daşkənd bəyan edib ki, Çinə mavi yanacaq satmaq daha sərfəlidir və bu səbəbdən Tacikistana nəql etmək üçün qaz ehtiyatı qalmır.

Tərəflər arasında 2012-ci il üçün bağlanmış müqavilədə 200 mln. kubmetr qazın nəqli nəzərdə tutulur. Özbəkistan qazın min kubmetrini Tacikistana 311 dollara satır. Qaz nəqli dayandırıldıqdan sonra Tacikistanda bir neçə şirkət, o cümlədən “Taciktransqaz” və Tacikistan Alüminium Kombinatı fəaliyyətini dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR