Bank Of Baku

Azərbaycanın qərbində platin yatağı tapılıb

Azərbaycanın qərbində platin yatağı tapılıb
# 17 aprel 2012 08:29 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Onun sözlərinə görə, proqnoz ehtiyatları 50 ton hesablanmış bu yataqda hazırda geoloji qiymətləndirmə işləri aparılır.

H.Bağırov bildirib ki, son illərdə Azərbaycanda 4,5 ton qızıl emal olunub. Hazırda Daşkəsən rayonu ərazisində Çovdar qızıl yatağında istismara hazırlıq və zavod tikintisi işləri başa çatdırılmaq üzrədir. Cari ilin sonunadək Gədəbəy və Çovdar qızıl yataqlarından birlikdə 7,5 ton qızılın çıxarılması proqnozlaşdırılır.

Nazir ölkənin digər rayonlarında da yeni qızıl yataqlarının aşkar edildiyini bildirib: «Geoloqlarımızın səyləri nəticəsində son iki ildə Göygöl rayonunda yeni Tülallar qızıl yatağı aşkarlanıb, 80 ton qızıl, 290 ton gümüş ehtiyatı hesablanıb. Hazırda yataq istismar işlərinə hazırlanır. Daşkəsən rayonunda Qoşqardağ-Çanaqçı qızıl yatağı aşkarlanıb və 20 ton qızıl ehtiyatları proqnozlaşdırılıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR