Bank Of Baku

Füzulinin Aşağı Yağlıvənd kəndinə ilk dəfə təbii qaz verilib

Füzulinin Aşağı Yağlıvənd kəndinə ilk dəfə təbii qaz verilib
# 17 aprel 2012 16:05 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinə aprelin 17-də ilk dəfə olaraq təbii qaz verilib.

«APA-Economics»in məlumatına görə, bu münasibətlə ARDNŞ-ın “Azəriqaz” İB-nin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə bildirilib ki, 300 abonenti olan Aşağı Yağlıvənd kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 15 901 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 300 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda rayonun digər kəndlərinin yaxın vaxtlarda təbii qazla təmin edilməsi istiqamətində də işlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR