ARDNŞ prezidenti BP şirkətinin icraçı direktorunu qəbul edib
18 aprel 2012 08:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev BP şirkətinin icraçı direktoru Robert Dadlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, R.Abdullayev ARDNŞ ilə BP arasında uzun müddət davam edən səmərəli tərəfdaşlıq münasibətlərindən məmnun olduğunu söyləyib.
Azərbaycanda hər iki şirkətin iştirakı ilə həyata keçirilən bütün neft-qaz layihələrinin uğurlu olduğunu qeyd edən ARDNŞ prezidenti bundan sonrakı işlərin də eyni səviyyədə müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyini ifadə edib.
BP şirkətinin icraçı direktoru Robert Dadli təmsil etdiyi şirkətin Azərbaycandakı fəaliyyətinin yüksək səviyyədə həyata keçdiyini söyləyib. ARDNŞ prezidentinə «Şahdəniz» qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə işlərin tam həcmdə görüldüyünü deyərək, Avropanın enerji təchizatı üçün geniş maraq doğuran layihənin 2-ci mərhələsinə artıq start verildiyini xəbər verib.

Sənaye və energetika
Azərbaycan nefti cüzi ucuzlaşıb
10:39
8 iyun 2024
S&P: Azərbaycan qaz hasilatının pik həddinə yaxınlaşır
09:36
8 iyun 2024
S&P: Azərbaycanın neft hasilatı 2027-ci ilədək sutkalıq 650 min barel səviyyəsində qalacaq
09:26
8 iyun 2024
Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri açıqlanıb
17:54
7 iyun 2024