Bank Of Baku

Avropa Birliyi Argentinanın nəhəng neft şirkətini milliləşdirmək qərarını pisləyib

Avropa Birliyi Argentinanın nəhəng neft şirkətini milliləşdirmək qərarını pisləyib
# 18 aprel 2012 09:40 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Birliyi (AB) Argentina hökumətinin ölkənin nəhəng neft şirkəti olan “Yacimientos Petroliferos Fiscales” (YPF) şirkətini milliləşdirmək haqqında qərarını pisləyib.

APA-Economics”in xəbərinə görə, AB-nin xarici siyasət üzrə komissarı Ketrin Eşton bildirib ki, İspaniyanın “Repsol” şirkətinin törəmə müəssisəsi olan YPF-nin milliləşdirilməsi qərarı investorlar üçün ciddi siqnaldır.

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu bu addımdan təəccübləndiyini bəyan edib. İspaniyanın sənaye naziri Joze Manuel Soria isə cavab addımlarına hazırlaşdıqlarını vurğulayıb.

“Repsol” şirkətinin baş direktoru Antonio Brufao Argentinadan Beynəlxalq Arbitraj Məhkəməsinə şikayət edəcəklərini və 10,5 mlrd. dollar kompensasiya tələb edəcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, 1922-ci ildə yaradılan YPF uzun illər dövlət şirkəti olub, 1990-cı illərin əvvəlində isə şirkətin özəlləşdirilməsinə başlanıb. 1999-cu ildə YPF tamamilə “Repsol” şirkətinin nəzarətinə keçib. Hazırda İspaniya şirkəti YPF-nin səhmlərinin 57%-nə sahibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR