Bank Of Baku

ARDNŞ prezidenti Sumqayıt Kimya Sənayesi Parkında görülən işlərin gedişi ilə tanış olub

ARDNŞ prezidenti Sumqayıt Kimya Sənayesi Parkında görülən işlərin gedişi ilə tanış olub
# 18 aprel 2012 14:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev «Azərikimya» İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda olub, müəssisənin EP300 istehsalatının əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş inzibati binasının açılışında iştirak edib.

«APA-Economics»in məlumatına görə, Azərbaycanın neft-kimya sənayesini əks etdirən fotogüşə ilə tanış olan R.Abdullayev EP300 istehsalatının kollektivi üçün inşa edilmiş yeni inzibati bina, kimyaçılar üçün burada yaradılmış müasir iş və məişət şəraiti ilə tanış olub.

Bildirilib ki, üç mərtəbəli inzibati binada rahat şəraitə malik olan 60-a qədər iş və 20 köməkçi otaq tam olaraq Buxar-generator kompleksinin, müxtəlif istehsalat sahələri və sexlərinin, mərkəzi və sanitar laboratoriyaların, qazdan xilasetmə və rabitə sahələrinin mütəxəssislərinin istifadəsinə verilib. Ümumilikdə 7,7 min hektar sahəyə malik yeni inzibati bina əmək və məişət şəraitinin yaxşılaşdırılması baxımından istehsalatın 500-ə yaxın işçisi üçün mühüm bir töhfədir. Müasir mətbəx avadanlıqlarını quraşdırıldığı, eyni zamanda 100 nəfərə xidmət edə biləcək yeməkxana fərdi şkaflar qarderoblar və digər avadanlıqlarla təmin edilmiş 800 nəfərlik soyunub-geyinmə otaqları kimyaçıların məişət rahatlığını təmin edəcək.

İnzibati bina ilə tanışlıqdan sonra R.Abdullayev Sumqayıtda ilk dəfə olaraq yaradılmaqda olan neft-kimya kompleksi üçün yüksək ixtisaslı, peşəkar fəhlə kadrlarının hazırlanmasında, onların peşə ixtisaslarının artırılmasında mühüm rol oynayacaq Təlim Tədris Mərkəzindəki tamamlama işləri ilə də tanış olub.

ARDNŞ prezidentinə məlumat verilib ki, burada Sumqayıtın yenidən qurulmaqda olan neft-kimya kompleksi üçün 10-a qədər fəhlə ixtisası, o cümlədən tornaçı, maşinist, elektrik montyoru, qaynaqçı, çilingər və digər ixtisaslar üzrə müasir tələblər səviyyəsində gənc kadrlar hazırlanacaq. Təlim-tədris proseslərində nəzəri biliklərlə yanaşı, əyaniliyin təmin edilməsi, gənclərin peşələrə tam və mükəmməl yiyələnmələri üçün xüsusi peşə kabinələri, o cümlədən dəzgah təlimi, kompyuter tədrisi otaqları, linqafon zalı, texniki kitabxana və oxu zalı yaradılıb.

R.Abdullayev daha sonra keçmiş Səthi aktiv maddələr zavodunun geniş ərazisində Sumqayıt Kimya Sənayesi Parkının yaradılması ilə bağlı aparılan ilkin işlərin gedişi ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR