Patrisia Hofman: «Azərbaycanın təhlükəsiz şəkildə Avropaya neft və qaz nəql etməsi hər iki ölkənin ortaq məqsədidir» - FOTO
İclasın birinci hissəsində çıxış edən R.Hormats ölkəsinin Azərbaycanla qarşılıqlı əlaqələrinin inkişafında və ölkələrarası dostluq münasibətlərinin daha da dərinləşdirilməsində maraqlı olduğunu, əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərildiyini, komissiyanın fəaliyyətinin qarşılıqlı faydalı əməkdaşlıqda vacib rol oynadığını qeyd edib.
Öz növbəsində S.Şərifov bildirib ki, birgə səylər nəticəsində əlaqələr hərtərəfli genişlənib və dərinləşib, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. S.Şərifov Azərbaycanla ABŞ arasında diplomatik əlaqələrin qurulmasının bu ay 20-ci ilinin tamam olduğunu xatırladaraq bu günədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlərin imzalandığını, çoxşaxəli əməkdaşlıq üçün müvafiq normativ hüquqi bazanın yaradıldığını və bu əməkdaşlıqda konkret nəticələrə nail olunduğunu vurğulayıb və qeyd edib ki, bütün bunların nəticəsi olaraq bu gün Azərbaycan MDB ölkələri arasında ABŞ-ın ticarət üzrə ən mühüm tərəfdaşlarından biridir. Belə ki, 2011-ci ildə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 2,4 mlrd. ABŞ dollarına bərabər olub.
Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli sahəsində əhəmiyyətli rolu olan irimiqyaslı transmilli layihələrin həyata keçirilməsində ABŞ-ın hərtərəfli dəstəyinin Azərbaycan üçün çox dəyərli olduğunu deyən S.Şərifov bildirib ki, Azərbaycan ABŞ-la münasibətləri həmişə diqqətdə saxlayır və onun strateji dostluq, tərəfdaşlıq, birgə fəaliyyət münasibətləri olmasına daim öz töhfəsini verir: «Əminik ki, regional enerji təhlükəsizliyinin gücləndirilməsi, demokratik, hüquqi dövlət quruculuğu xəttinin davam etdirilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik».
Komissiya üzvləri gələcək əməkdaşlıq sahələrini daha da genişləndirmək məqsədilə nəqliyyat, aviasiya, infrastruktur sahələrinin inkişafı, informasiya və kommunikasiya texnologiyaları, enerji tədqiqatları, istehsalı və nəqli imkanları, bərpa olunan enerji təşəbbüsləri, ticarət və investisiya, maliyyə sektoru, o cümlədən dövlət investisiya strategiyası, nağd ödənişlər, qiymətli kağızlar bazarının modernləşdirilməsi, pensiya islahatları və maliyyənin idarə edilməsi, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və korrupsiyaya qarşı mübarizə sahələrində əməkdaşlığın daha da sürətləndirilməsi, müvafiq sənədlərin layihələrinin baxılması prosesinin sürətləndirilməsi barədə razılığa gəlib.
İclasda hər iki tərəfin müvafiq strukturlarını təmsil edən nümayəndələr yeni İpək Yolu konsepsiyası, 2020-ci ilə strateji baxış, əməkdaşlığın inkişafı imkanlarının və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) iş planı, ticarət və investisiya mühiti, turizm, informasiya texnologiyaları, nəqliyyat, aviasiya, infrastruktur layihələrin inkişafı, gələcək yardım proqramları, birgə maliyyələşdirmə və digər sahələrdə aparılan islahatlarla bağlı təqdimatlarla çıxış edib. ABŞ tərəfi yeni İpək Yolu təşəbbüsü kontekstində Azərbaycanda həyata keçirilən iri infrastruktur layihələrinin regional nəqliyyat şəbəkələrinin inkişafına töhfə verəcəyini qeyd edib. Cənubi və Mərkəzi Asiya regionları üzrə dövlət katibinin müavini Robert Bleq qeyd edib ki, ABŞ hökuməti Azərbaycan rəhbərliyi tərəfindən möhtəşəm infrastruktur layihələrinin həyata keçirilməsini, ilk növbədə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsini yüksək qiymətləndirir və hesab edir ki, yeni İpək Yolu konsepsiyasının uğurlu həyata keçirilməsində bu layihə müstəsna əhəmiyyət daşıyır.
Günün ikinci yarısında energetika sektoru üzrə əməkdaşlıqla bağlı aparılan müzakirələr zamanı çıxış edən ABŞ-ın energetika nazirinin müavini Patrisia Hofman bildirib ki, Azərbaycan regionda əsas enerji ixracatçısı kimi ABŞ-la müştərək məqsədlər güdür və bu məsələ ölkəsi üçün böyük əhəmiyyət daşıyır. ABŞ-ın qlobal enerji infrastrukturlarının qorunması ilə bağlı xüsusi proqramının olduğunu xatırladan P.Hofman sözügedən proqram çərçivəsində Azərbaycanla da əməkdaşlıqda maraqlı olduqlarını bildirib: «Hazırda Azərbaycanda olan qlobal enerji infrastrukturlarının zəlzələdən, mümkün terrorçuluq fəaliyyətlərindən və digər bu kimi hallardan daha peşəkar səviyyədə qorunmasına ehtiyac var. ABŞ bu sahədə öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Çünki Azərbaycanın təhlükəsiz bir şəkildə Avropaya neft və qaz nəql etməsi hər iki ölkənin ortaq məqsədidir».
Dövlət katibi müavininin köməkçisi Xose Fernandes Azərbaycanın son illərdə qazandığı böyük iqtisadi uğurlardan bəhs edib, xüsusilə ölkədə yoxsulluğun azaldılması istiqamətində mühüm nailiyyətlər qazanıldığını bildirib və qeyd edib ki, ABŞ regionda iqtisadi baxımdan qüdrətli və firavan Azərbaycan görməkdən məmnundur.
Dövlət katibi müavininin köməkçisi Villiam Kraft isə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünün ABŞ tərəfindən dəstəklədiyini bəyan edərək ölkəsinin Azərbaycana həm texniki, həm də digər məsələlərdə köməklik göstərəcəyini vurğulayıb.
Tərəflər həmçinin müəllif hüquqlarının qorunması, rabitə və informasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlarını ifadə edib, bu sahədə təcrübə mübadiləsinin aparılması üzrə razılıq əldə edib.
Komissiyanın iclası çərçivəsində Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında iki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılması üçün texniki yardımın göstərilməsini nəzərdə tutan qrant sazişi imzalanıb.
Sənaye və energetika
“Morgan Stanley” neft qiymətləri üzrə proqnozunu daha da aşağı salıb
TANAP kəməri ilə indiyədək 100 mlrd. kubmetrə yaxın Azərbaycan qazı nəql olunub
Nazir: Enerji səmərəliliyinə yatırımlar iqtisadiyyat üçün ən yüksək gəlir gətirən investisiyalar sırasındadır
Fatih Birol: Mövcud böhran enerji səmərəliliyi sahəsində tədbirləri sürətləndirməlidir
Xəbər Lenti
Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektora yeni güzəşt müəyyənləşir
Paytaxtda 7 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Azərbaycanın beynəlxalq təşkilatlarda diplomatik zəfərləri: Uğurlu xarici siyasət kursu - TƏHLİL
AYİB-in manatla buraxdığı istiqrazlar üzrə kupon ödənişi ediləcək
İran XİN: Dohada ABŞ-la ayrıca görüş planı yoxdur, müzakirələr memorandumla bağlıdır
Şuşada TDT-nin dini qurum rəhbərlərinin Birinci görüşünün yekun kommünikesi imzalanıb - FOTO
Xankəndi və Xocalı sakinləri üçün yeni peşə hazırlığı kursuna başlanıb
MegaSec regionda süni intellekt və kibertəhlükəsizlik sahələrində yerli texnologiya ekosistemini gücləndirir - FOTO
Rutte: ABŞ-ın NATO-dan uzaqlaşdığına dair iddialar həqiqəti əks etdirmir
Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
ƏƏSMN: İslahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan olmasına imkan yaradıb
FHN: Göyçayda maşın su kanalına aşıb, 84 yaşlı kişinin meyiti tapılıb - VİDEO - YENİLƏNİB-1
Samvel Karapetyan: Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün "məxfi planı"mız var
Mədəniyyət sahəsində qrant müsabiqələrinin keçirilməsi qaydası təsdiqlənib
Yeni peşə təhsili ixtisasları yaradılıb
Dövlət Komissiyası daha 6 itkin-şəhidin dəfn mərasimlərinə dair məlumat yayıb
Qətər XİN: Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq
Baltik regionunda NATO-nun yeni hərbi komanda mərkəzi istifadəyə verilib
ABB-nin dəstəyi ilə süni intellekt mövzusunda elmi konfrans keçirilib
“Morgan Stanley” neft qiymətləri üzrə proqnozunu daha da aşağı salıb
Aİ Ukraynaya dron texnologiyası üçün 3,9 mlrd. avro ayırıb
Su hövzələrində təhlükəsizliyin təmin edilməsi mövzusunda müşavirə keçirilib
Ağcabədidə 6 kiloqram narkotik dövriyyədən çıxarılıb - VİDEO
Rusiyanın Altay Respublikasında yanacaq satışına iki aylıq məhdudiyyət tətbiq edilib
Nazir: Rus bölməsində təhsilin daha üstün olması ilə bağlı fikirlər mifdir
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
Özbəkistanın komitə sədri: Türk dünyasında din və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi vacibdir
Emin Əmrullayev: Doktoranturaya qəbul sistemi beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır
Zelenski Ukraynanın Moskva vilayətində "Dubna" Kosmik Rabitə Mərkəzinə zərbə endirdiyini təsdiqləyib
Bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək
Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub
ICMP-nin Baş direktoru: Hələ də aşkarlanmalı olan kütləvi və gizli məzarlıqlar var - MÜSAHİBƏ
İranda silahlı hücum olub, iki SEPAH üzvü öldürülüb
Paşinyan Tehranda Əli Xameneinin vida mərasimində iştirak edəcək
Müdafiə naziri: Türkiyə SAMP/T və “Patriot” sistemlərini almağı planlaşdırır
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
Deputat idman yarışlarında enerji içkilərinin reklamını doğru hesab etmir
Emin Əmrullayev: Təhsil sahəsində sistemli korrupsiya yoxdur
Deputat: “Psixiatrik yardım haqqında” qanuna dəyişikliklə ictimai təhlükəsizliyi təmin edən mexanizm yaranacaq
Narkoloji Mərkəzin həbsdə olan direktoru və müavini barədə qərar qəbul edilib
Nazir müavini: TDT çərçivəsində əməkdaşlığın əsas istiqamətlərindən biri yeniyetmə və gənclər arasında radikallaşmanın qarşısının alınması olmalıdır
Talantbek Taşıbekov: TDT çərçivəsində dini siyasət üzrə koordinasiyanın gücləndirilməsi vacibdir
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
Dövlət Xidməti Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib - VİDEO
Bakıda "Türk Dünyası Həftəsi" çərçivəsində beynəlxalq konqres keçirilib - FOTO
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
Nazir: Məktəblərdə süni intellektin tədrisi asan deyil