Bank Of Baku

İranın neft naziri: “Fransa və Böyük Britaniya istisna olmaqla bütün Avropaya neft satırıq”

İranın neft naziri: “Fransa və Böyük Britaniya istisna olmaqla bütün Avropaya neft satırıq”
# 19 aprel 2012 12:15 (UTC +04:00)
Bakı - APA-Economics. İran əksər Avropa ölkələrinə neft ixracını dayandırmayıb. “APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu bəyanatla İranın neft naziri Rüstəm Qasemi çıxış edib.

O, Fransa və Böyük Britaniya istisna olmaqla bütün Avropaya neft satdıqlarını bildirib. Halbuki bir müddət əvvəl İran KİV-ləri Yunanıstan, İspaniya və Almaniyaya da neft ixracının dayandırılması haqqında məlumat yayıb.

Qeyd edək ki, bu il yanvarın 23-də Avropa Birliyinə daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR