Bank Of Baku

İranın neft naziri: Tehrana qarşı sanksiyalar ləğv edilməsə, Avropaya neft ixracı tam dayandırılacaq

İranın neft naziri: Tehrana qarşı sanksiyalar ləğv edilməsə, Avropaya neft ixracı tam dayandırılacaq
# 20 aprel 2012 12:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Avropa Birliyi İrana qarşı qəbul etdiyi neft sanksiyasını ləğv etməsə, Tehran Qərbə neft ixracını tam dayandıracaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın neft naziri Rüstəm Qasımi deyib.

Son aylarda dünya bazarında neftin qiymətinin qalxmasını xatırladan R.Qasımi bildirib ki, İranla “altılıq” ölkələri arasında keçiriləcək Bağdad görüşünün uğurla baş tutacağına ümid bəsləyir: “Əgər İrana qarşı sanksiyalar ləğv edilməsə, Avropaya neft ixracı tam dayandırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR