Bank Of Baku

Azərbaycanda 346 min “smart-kart” tipli sayğac quraşdırılıb

Azərbaycanda 346 min “smart-kart” tipli sayğac quraşdırılıb
# 20 aprel 2012 15:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən aprelin 1-nə ölkə üzrə 345 912 ədəd “smart-kart” tipli sayğac quraşdırılıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “smart-kart” tipli sayğacla təchiz edilmiş abonentlərin idarə edilməsini təmin etmək məqsədilə Bakı şəhəri üzrə Qaz İstismar Sahələri (QİS) müvafiq proqramlarla təmin olunub, sahə üzrə müvafiq məsul şəxslər seçilib və onlara treninqlər keçirilib.

Bakı şəhəri rayonlarının QİS-ləri ilə yanaşı, Gəncə, Sumqayıt, Ağsu, Hacıqabul, Naftalan, Goranboy, Sabirabad və Göygöl rayonlarında da “smart-kart” tipli sayğacların quraşdırılmasına başlanıb. Həmçinin “smart-kart” tipli sayğacı olan məcburi köçkün statuslu abonentlərə qanunvericilik çərçivəsində ayrılmış limitlərin kartlara vurulması proseduru hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR