Bank Of Baku

Azərbaycan İcbari Sığorta Bürosu kompensasiyaların ödənilməsinə başlayıb

Azərbaycan İcbari Sığorta Bürosu kompensasiyaların ödənilməsinə başlayıb
# 21 aprel 2012 09:30 (UTC +04:00)
İSB-dən «APA-Economics»ə verilən məlumata görə, «İcbari sığortalar haqqında» qanunun 72-ci maddəsi əsasında baş vermiş yol-nəqliyyat hadisələri üzrə sağlamlığına zərər dəymiş şəxslərə Büro tərəfindən kompensasiya ödənişlərinin həyata keçirilməsinə başlanılıb.

Bürodan bildirilib ki, zərərçəkən şəxsin sağlamlığına naməlum avtonəqliyyat vasitəsilə zərər vurulduğu halda, həmçinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda (zərərçəkənin zərərin əvəzinin ödənilməsi ilə bağlı zərərvurana qarşı irəli sürdüyü tələb təmin edilmədikdə) kompensasiya ödənişi almaq üçün İSB-yə müraciət edə bilərlər.

Xatırladaq ki, Büro 2011-ci ilin sonundan fəaliyyət göstərir. Hazırda büroya 11 sığorta şirkəti («AXA-Mbask», «Alfa Sığorta» «AtaSığorta», «Atəşgah Sığorta», «Azərsığorta», «AzSığorta», «Xalq Sığorta», «Paşa Sığorta», «Standard Insurance», «Meqa Sığorta» və «İpək Yolu Sığorta» şirkəti) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR