Bank Of Baku

Arif Vəliyev: «Azərbaycan neft hasilatını süni şəkildə azaldaraq hasilat dövrünü uzadır» - FOTO

Arif Vəliyev: «Azərbaycan neft hasilatını süni şəkildə azaldaraq hasilat dövrünü uzadır» - <font color=red>FOTO</font>
# 23 aprel 2012 09:56 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev bildirib.

Onun sözlərinə görə, hesabat dövründə ölkədə 11 298,7 min ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib ki, bu da ötən ilin yanvar-mart aylarına nisbətən 5,7% azdır: «Neft hasilatı süni şəkildə azaldılıb və Azərbaycan bununla hasilat dövrünü uzadır».

A.Vəliyev onu da bildirib ki, hesabat dövründə ölkədə təbii qaz hasilatı (əmtəəlik) 4 572,6 mln. kubmetr təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə qaz hasilatı 14,6% artıb.

Qeyd edək ki, növbəti 4 ildə Azərbaycan neft hasilatını tədricən artırmaq niyyətidədir. Belə ki, 2012-ci ildə ölkədə 45 977,1 min ton, 2013-cü ildə 45 896,6 min ton, 2014-cü ildə 49 562,9 min ton, 2015-ci ildə isə 50 956,6 min ton neft hasil olunacağı gözlənilir.

Göründüyü kimi, Azərbaycan artıq 4 ildən sonra neft hasilatı üzrə 2010-cu ilin səviyyəsinə çıxacaq.

Qaz proqnozuna gəldikdə isə, 2012-ci ildə ölkədə qaz hasilatı 28,280 mlrd. kubmetrə, 2013-cü ildə 29,220 mlrd. kubmetrə, 2014-cü ildə 29,540 mlrd. kubmetrə çatacaq, 2015-ci ildə isə 2014-cü ilə nisbətən 0,8% azalaraq 29,310 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir.

Xatırladaq ki, 2011-ci ildə Azərbaycanda 45,4 mln. ton neft və 25,7 mlrd. kubmetr qaz hasil edilib. Bu da 2010-cu illə müqayisədə müvafiq olaraq 10,6% və 2% azdır. Belə ki, 2010-cu ildə ölkədə 50,8 mln. ton neft və 26,2 mlrd. kubmetr qaz hasil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR