Bank Of Baku

ARDNŞ-da yeni işə qəbul olunanlarla görüş keçirilib

ARDNŞ-da yeni işə qəbul olunanlarla görüş keçirilib
# 23 aprel 2012 16:02 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) İnsan Resursları Depatamentində şirkətin müəssisə və təşkilatları tərəfindən elan olunmuş vakansiyalara müraciət edən 302 namizəd arasında müsabiqədə müvəffəqiyyət qazanmış 54 nəfərlə görüş keçirilib.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli çıxış edərək bildirib ki, ARDNŞ-da işə qəbul prosesi müvafiq qanunvericiliklə təsdiq edilmiş normativ aktların tələblərinə uyğun olaraq ədalətli, obyektiv, şəffaf və mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Qeyd olunub ki, ARDNŞ-da bilikli, bacarıqlı, səriştəli və peşəkar vətəndaşlar üçün hər zaman iş imkanları mövcuddur. Görüş zamanı müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər çıxış edərək bildiriblər ki, test, peşə sınaq imtahanı və müsahibə prosesində obyektivlik və şəffaflığın qorunması tam təmin olunub, müsabiqə iştirakçılarına səmimi münasibət göstərilib. Namizədlər onlara belə bir şərait yaradıldığına görə minnətdarlıqlarını bildirib, vətəndaşların bilik və bacarıqlarının üzə çıxarılmasına göstərilən diqqətə görə təşəkkür ediblər.

İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli də öz növbəsində elan olunmuş vakansiyalar üzrə müsabiqələrdən müvəffəqiyyətlə keçən namizədləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR