Bank Of Baku

Avropada təbii qazın qiyməti 340 dollardan aşağı enib

Avropada təbii qazın qiyməti 340 dollardan aşağı enib
# 04 dekabr 2025 12:24 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetri 340 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 4 dekabr TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə yanvar fyuçerslərinin qiyməti 335,8 dollar təşkil edib, bu da əvvəlki hesablama qiyməti (340 dollar) ilə müqayisədə 1,2% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR