Avropada təbii qazın qiyməti 438 dollardan aşağı enib

Avropada təbii qazın qiyməti 438 dollardan aşağı enib
# 27 may 2025 11:07 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 438 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 27 may tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə iyun fyuçerslərinin qiyməti 437,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (438,7 dollar) ilə müqayisədə 0,2% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR