Bank Of Baku

Dünya Bankı: İyulda qızıl 4%, gümüş isə 12%-ə yaxın ucuzlaşıb

Dünya Bankı: İyulda qızıl 4%, gümüş isə 12%-ə yaxın ucuzlaşıb
# 05 avqust 2026 15:48 (UTC +04:00)

Beynəlxalq bazarlarda 2026-cı ilin iyul ayında qiymətli metalların qiymətində aylıq azalma qeydə alınıb. Bununla belə, həm qızıl, həm də gümüş üzrə qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksək səviyyədə qalır.

Bu barədə “APA-Economics” Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, iyul ayında qızılın orta qiyməti bir troya unsiyası üçün 4 073 ABŞ dolları təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 3,7% azdır. Gümüşün orta qiyməti isə bir troya unsiyası üçün 58,8 ABŞ dollarına enərək aylıq ifadədə 11,8% azalıb.

Bununla yanaşı, 2026-cı ilin ikinci rübündə qızılın orta qiyməti bir troya unsiyası üçün 4 512 ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 37% çoxdur. Gümüşün orta qiyməti isə 73,5 ABŞ dollarına yüksələrək ötən ilin müvafiq dövrü ilə müqayisədə 118,1% artıb.

Dünya Bankının məlumatına görə, 2025-ci ildə də qiymətli metallar üzrə artım tendensiyası davam edib. Belə ki, qızılın orta illik qiyməti 3 442 ABŞ dolları olmaqla 2024-cü illə müqayisədə 44,1% yüksəlib. Gümüşün orta illik qiyməti isə 39,8 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 40,6% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR