ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda orta gündəlik neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb.
"APA-Economics" xəbər verir ki, EIA 2025-ci il üzrə ölkənin orta günlük neft hasilatını yenidən 570 min barel proqnozlaşdırıb.
Agentlik hesab edir ki, Azərbaycanın orta günlük neft hasilatı gələn bir qədər azalacaq və 540 min barelə enəcək. Başqa sözlə, EIA avqust proqnozunu dəyişməz saxlayıb.
EIA həmçinin, gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatı proqnozunu 550 min barel, ikinci rübündə 540 min barel, üçüncü və dördüncü rüblərində isə 530 min barel səviyyəsində dəyişməz saxlayıb.