Faydalı qazıntı yataqlarının yerləşdiyi torpaq sahələrinin əvvəlki və ya alternativ faydalı vəziyyətə qaytarılması üçün rekultivasiyasına dair tələb müəyyənləşir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə “Yerin təki haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əlavə olunması təklif edilən 13-1-ci maddəyə (Yerin təki sahələrinin rekultivasiyası) əsasən, yerin təki istifadəçiləri işlərin aparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə həmin torpaqların rekultivasiyasını rekultivasiya planı əsasında təmin etməlidirlər. Rekultivasiya planı faydalı qazıntıların istismarını, eləcə də yeraltı qurğuların tikintisini və istismarını həyata keçirən fiziki və hüquqi şəxslər tərəfindən yerin təkindən istifadə hüququ əldə edildikdən sonra 3 (üç) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rekultivasiya planına dair dövlət ekoloji ekspertizasının müsbət rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməlidir.
Yerin təkindən istifadə sahəsinin xüsusiyyətləri, süxurların kimyəvi tərkibi, çirklənmənin növündən asılı olaraq rekultivasiyanın üsulları (mexaniki, bioloji, kimyəvi, termik) və istiqamətləri, o cümlədən müddəti müəyyənləşdirilir, istismarın dərinliyi, faydalı qazıntının növü və istismar ediləcək həcmə uyğun olaraq rekultivasiya planı tərtib olunacaq.
Rekultivasiya planı hazırlanarkən aşağıdakılar nəzərə alınacaq:
torpağın münbit qatının həcmi və götürüləcək torpağın toplandığı ərazi;
- faydalı qazıntıların və yanakı süxurların xüsusiyyətləri;
- ərazinin hidrogeoloji və mühəndis-geoloji şəraiti;
- süxurların saxlanılma dövründə öz xüsusiyyətlərini dəyişməsinin mümkünlüyü və ətraf mühitə təsiri;
- yeraltı suların çirklənməsinin yolverilməzliyi;
- faydalı qazıntıların istismarının müddəti;
- bərpanın üsulları və ardıcıllığı;
- bərpa müddəti.
Yerin təki ilə bağlı işlərin aparıldığı ərazilər üzrə rekultivasiya qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Faydalı qazıntı yataqlarının yerləşdiyi torpaqların rekultivasiyasına dair tələb müəyyənləşir
Sənaye və energetika
Azərbaycanda neft-qaz sektoruna gələn il 8 mlrd. manata yaxın investisiya yönəldiləcək
Azərbaycanda 2027-2030-cu illərdə külək və günəş stansiyalarında enerji istehsalı 46%-dən çox artacaq
Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq
Azərbaycan nefti bahalaşıb
Xəbər Lenti
İordaniyada kilsədə terror aktı törədən üç nəfər ölüm cəzasına məhkum edilib
Qara dənizdə göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib - VİDEO
Almaniyada vəfat edən Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib - YENİLƏNİB
KİV: İsrail İranın Trampa sui-qəsdə hazırlaşdığı barədə xəbərdarlıq edib
Berlində gənclər “Z nəsli qərar verir” şüarı ilə aksiya keçirib, 22 nəfər saxlanılıb
Yəmən Ordusu beynəlxalq ictimaiyyəti Bab əl-Məndəb boğazının husilərdən azad olunmasına kömək etməyə çağırıb
Sabah intensiv yağış yağacaq
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB-1
“SpaceX” tarixdə ilk dəfə kosmik gəmini “tutmağa” nail olub - VİDEO
Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Qalibaf: Biz "nə müharibə, nə də sülh" vəziyyətində qalmayacağıq
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
Azərbaycan XİN Fələstini təbrik edib
Makron: Ukraynaya yardımların məhdudlaşdırılması yeni müharibəyə gətirib çıxaracaq
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün İslamabada səfər edib
Ukrayna Taqanroqda elektrik yarımstansiyasına PUA zərbəsi endirib, ölən və yaralananlar var
Mask: Censen Huanqın Nvidia-dan ayrılması mühüm müqavilələrin pozulmasına səbəb ola bilər
Şimali Koreya Yaponiyanı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edib
İranda sərnişin avtobusu aşıb: 11 nəfər ölüb, 19 yaralı var
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
Şotlandiyada süni intellekt mərkəzlərinin tikintisinə qarşı minlərlə insan etiraz edib
Fitso: Avropanın Ukraynada sülh istəyib-istəmədiyi indi məlum olacaq
Kanadada minlərlə tələbə küçələrə çıxıb, polislə toqquşma yaşanıb
Kamçatkada bir sutkada 5 zəlzələ baş verib
Berlində gənclərin etiraz aksiyasında 22 nəfər saxlanılıb
Hörmüz boğazı yaxınlığında iki neft tankeri minaya düşərək yanıb
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 219-a çatıb - YENİLƏNİB-1
Reuters: Tramp İrana zərbələri müvəqqəti dayandıra bilər
Kuşner: ABŞ Rusiya ilə Avropa arasında birbaşa danışıqlara şərait yaratmağa çalışır
UEFA Millətlər Liqası: Danimarka Portuqaliyanı darmadağın edib - NƏTİCƏLƏR
Almaniyada "Microsoft" sistemindəki nasazlıq 15 nəfərin xlorla zəhərlənməsinə səbəb olub
Almaniya qaz qıtlığına görə kömür elektrik stansiyalarını yenidən işə sala bilər
Makron: Ukraynaya maliyyə yardımının məhdudlaşdırılması yeni müharibəyə yol aça bilər
Qrossi: Qışda Zaporojye AES-də nüvə təhlükəsizliyi riskləri arta bilər
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - FOTO
Bloomberg: ABŞ Avropadan 25 min deyil, 5 min hərbçisini çıxara bilər
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - FOTO
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bakıda 17 yaşlı tələbə qız yataqxanada ölü tapılıb - YENİLƏNİB
Tramp Kaliforniyada ölüm hökmünün ləğvini ədalət sistemi üçün fəlakət adlandırıb
ABŞ-da bütün hava limanlarında uçuşların dayanmasının səbəbi açıqlanıb
Zelenski: Danimarka Ukraynaya 645 milyon avroluq yardım ayıracaq
Dağıstanda Rusiya çempionatının mükafatçısı güllələnərək öldürülüb
Kreml Putin, Si Cinpin və Tramp arasında üçtərəfli görüşün noyabrın 19-da Çində keçiriləcəyini təsdiqləyib
Hindistanın xarici işlər naziri Nikol Paşinyanla görüşüb
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib