Türkiyənin baş naziri Əhməd Davuduğlu hökumətin formalaşdırılması ilə bağlı həftənin sonu müxalifətlə görüşəcək - VİDEO

Türkiyənin baş naziri Əhməd Davuduğlu hökumətin formalaşdırılması ilə bağlı həftənin sonu müxalifətlə görüşəcək   - <span style="color: red;">VİDEO
# 11 avqust 2015 00:44 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə CHP –nin rəsmi nümayəndəsi Halıq Koç bildirib. Davdoğlu və Kılıcdaroğlu arasında görüş 4,5 saat davam edib.

Qeyd edək ki, son üç həftə ərzində iki partiya nümayəndəsi hökumətin formalaşdırılması ilə bağlı məsləhətləşmələr aparılır. Davutoğlu və Kılıcdaroğlunuin razılığa gəlməyəcəyi təqdirdə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi məsələsi gündəmə gələcək.

“Biz məsuliyyətli işləməyə çalışırıq. Biz partiyanın maraqlarını ölkə maraqlarından yüksək tutmuruq. Bu çərçivədə biz danışıqları aparırıq. Növbəti görüşün cümə axşamı və cümə gülərində keçiriləcəyi gözlənilir”, deyə Koç bildirib.

Danışıqlarda Türkiyənin mədəniyyət və turizm nazirinin vəzifəsini müvəqqəti icra edən AKP nümayəndəsi Ömər Çelikin sözlərinə görə, qərar hələ də verilməyik. “Liderlər konsensusun əldə olunduğu mövzuları və həll olunmayan məsələləri müzakirə ediblər. Bizim əsas vəzifəmiz Türkiyəni hökumətsiz qoymamaqdır”, deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR