Putin və Ərdoğan Mosulun azad olunması əməliyyatını müzakirə ediblər

Putin və Ərdoğan Mosulun azad olunması əməliyyatını müzakirə ediblər
# 18 oktyabr 2016 23:15 (UTC +04:00)

Bakı-APA. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayip Ərdoğan aralarında baş tutmuş telefon danışığı zamanı İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatını müzakirə ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

“Danışıq zamanı Mosulun azad edilməsi əməliyyatına toxunulub”, - deyə məlumatda bildirilir.

Rusiya prezidenti İraqın baş naziri Haydar əl-İbadi ilə də telefonla danışıb. Danışıq zamanı Mosul əməliyyatı müzakirə edilib.

Putin İraq ordusuna və koalisiya qüvvələrinə uğur arzuladığını bildirib və İŞİD-in tezliklə məhv ediləcəyinə ümidvar olduğunu deyib. Rusiya dövlət başçısı İraq ordusuna dəstək verməyə hazır olduqlarını dilə gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR