Bakının bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakının bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 21 iyun 2017 13:23 (UTC +04:00)

Paytaxt Bakıda yolların və piyada keçidlərinin yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

"Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün axşam saat 22:00-dan etibarən Nəsimi rayonu, Şövkət Səfərəliyeva küçəsindən Üzeyir Hacıbəyov küçəsinin kəsişməsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR