Əli Həsənov: “Dünyada kim güclüdürsə, o haqlıdır, biz isə istəyirik ki, kim haqlıdırsa, o güclü olsun”

Əli Həsənov: “Dünyada kim güclüdürsə, o haqlıdır, biz isə istəyirik ki, kim haqlıdırsa, o güclü olsun”
# 29 may 2013 14:23 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası İctimai siyasi şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən “QHT-hökumət dialoqunun gücləndirilməsi” adlı tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, bu gün dünyaya “müdirlik edən” BMT beynəlxalq aləmdə insan haqlarının qorunması, dövlətlərin milli haqlarının qorunmasında yetərli fəaliyyət göstərmir.

Ə. Həsənov qeyd edib ki, BMT-nin iradəsini formalaşdıran qurumlardan biri də onun nəzdində fəaliyyət göstərən beynəlxalq QHT-lərdir, bu sahədəki ekspertlərdir: “Bunlara biz də dəstək veririk. Ona görə dəstək veririk ki, istəyirik dünyada haqlının güclü olduğu bir ortam yaradaq. Amma hazırda dünyada güclünün haqlı olduğu bir ortam var. Kim güclüdürsə, o haqlıdır. Biz isə istəyirik ki, kim haqlıdırsa, o güclü olsun. Biz hesab edirik ki, hazırda beynəlxalq aləmdə insan haqları ilə məşğul olan bəzi QHT-lər subyektiv fəaliyyət göstərirlər, dəyərləndirmələri, metodologiyaları doğru deyil. Şəxsən Azərbaycanla bağlı onların dəyərləndirmələri bizi qane etmir. Düzgün metodologiyaya söykənmirlər”.

PA rəsmisi “Human Rights Watchs”, Helsinki Vətəndaşlıq Assambleyası və digər qurumların adlarını çəkərək onların yaratdıqları koalisiya barədə də danışıb: “Bunlar qondarma koalisiya da yaradıblar. Guya dünyanın 6-7 insan haqları təşkilatı Azərbaycanda insan hüquqlarının vəziyyətindən razı deyil. Amma reallıq ondadır ki, Azərbaycan cəmiyyətindəki rəylərlə onların dəyərləndirmələri üst-üstə düşmür. ABŞ Dövlət Departamentinin bu və ya digər sahədəki açıqlamaları da bizi qane etmir. Ona görə qane etmir ki, mənbələri şübhəlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR