Göyçay rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub

Göyçay rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub
# 02 dekabr 2011 08:27 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov – APA. Azərbaycanın Göyçay rayonunda narkotik satan şəxs tutulub. Göyçay rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Ucar rayon sakini, 1949-cu il təvəllüdlü Qəmbərov Mirsahib Müslüm oğlu Göyçay rayon sakini, 1990-cı il təvəllüdlü Seymur Şirinova 3,5 qram qurudulmuş marixuana, satarkən saxlanılıb. Onun üzərində baxış keçirilərkən 8 qram qurudulmuş marixuana da tapılıb.
Hər iki şəxs saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR