Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda keçirilən IV Olimpiya oyunlarında azərbaycanlı tələbələrdən ibarət komanda qalib gəlib - FOTO
11 may 2012 09:42 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda tələbələr arasında keçirilən IV Olimpiya oyunlarında azərbaycanlı tələbələrdən ibarət komanda qalib gəlib. Bu barədə APA-ya Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq əlaqələr fakültəsinin IV kurs tələbəsi, Azərbaycan klubunun Olimpiya komitəsinin prezidenti Elvin Əhmədov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan klubunun komandası 5 qızıl, 3 gümüş, 3 bürünc medalla bütün rəqiblərini geridə qoyaraq birinciliyə yüksəlib. Keçən il komandamızın 14 medal hesabı ilə öndə getdiyini qeyd edən E. Əhmədov, ilk dəfə olaraq komandamızın bu il qızıl medalların sayına görə turnir cədvəlinə başçılıq etdiyini bildirib.
Komanda oğlanlar və qızlar arasında tennis turnirində və qaçış üzrə estafetdə hər 2 qızıl medala sahib olub. Qızlar arasında yüz metrlik məsafə qaçışında da qızıl medalı Azərbaycan komandası qazanıb.
Komanda oğlanlar və qızlar arasında tennis turnirində və qaçış üzrə estafetdə hər 2 qızıl medala sahib olub. Qızlar arasında yüz metrlik məsafə qaçışında da qızıl medalı Azərbaycan komandası qazanıb.
Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024