Milli Məclisin yaz sessiyasının son növbədənkənar iclası başa çatıb
24 iyun 2011 10:24 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasın sonunda millət vəkilləri "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında qanun layihəsini qəbul ediblər. Bundan başqa millət vəkilləri Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin də qəbul ediblər.
Dəyişikliklərə əsasən Cinayət Məcəlləsində göstərilən “külli miqdar” ifadəsi 5 min manatdan artıq olan məbləğ kimi başa düşüləcək. Bundan başqa Azərbaycan vətəndaşları və ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan respublikasının hüdudlarından kənarda törətdikləri korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayətə görə xarici dövlətdə məhkum olunmayıblarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Daha bir dəyişikliyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq təşkilatların vəzifəli şəxslərin, beynəlxalq parlament ssambleyalarının üzvlərinin, beynəlxalq məhkəmələrin vəzifəli şəxsləri və hakimləri olan Azərbaycan vətəndaşlarının iştirakı ilə korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət törətdikləri halda və həmin cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilər.
Bununla da Milli Məclisin yaz sessiyasının son növbədənkənar iclası işini başa çatdırıb. İclasın sonunda Azərbaycanın dövlət himni səsləndirilib, Milli Məclisin sədri Oqtay Əsədov sessiya ərzində məhsuldar fəaliyyət göstərdiklərinə görə deputatlara təşəkkür edib.

Daxili siyasət
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
00:00
9 may 2024
Deputat: Qazaxın 4 kəndinin qaytarılmasına dirəniş missiyasını indi də Qriqoryan kilsəsinə tapşırıblar
11:36
7 may 2024
Milli Məclis adından Mehriban Əliyevaya təbrik məktubu göndərilib
11:15
7 may 2024
Spiker: Heydər Əliyev böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini davam və inkişaf etdirib
11:09
7 may 2024